Bir qrup idmançı tikinti şirkətinə basqın etdi...

Hazırda oxunan: Bir qrup idmançı tikinti şirkətinə basqın etdi...

140492
Paytaxtda tikinti şirkətlərindən birinin ofisinə hücum edən bir qrup şəxs tərəfindən quldurluq hadisəsi baş verib.

Bu barədə basqında ağır xəsarət alan Bəxtiyar Təhməzovun vəkil Ceyhun Yusifov  məlumat verib. Vəkil bildirib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən "Eurostroy-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin ofisində baş verib: 


"Şirkət həmin ərazidə hündürmərtəli  binalar inşa edir. Rafael və Füzuli adlı şəxslər bir qrup idmançı dostları  ilə birlikdə şirkətin ofisinə basqın ediblər. Onlar ofisi dağıdıb şirkətin rəhbər əməkdaşlarını, o cümlədən  Bəxtiyar Təhməzovu xüsusi amansızlıqla döyərək onlardan hədə-qorxu ilə pul tələb ediblər. Qeyd edim ki, "Eurostroy-S"  tikinti şirkətinə edilən basqın nəticəsində ağır xəsarətlər yetirilmiş və hal-hazırda da səhhəti ağır olan müdafiəçisi olduğum Bəxtiyar Təhməzov həmin şəxslər tərəfindən ölümcül hala salınıb. 1saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və reanimasiya şöbəsinə təxirəsalınmaz tibbi  müdaxilə həyata keçirilir. Hazırda vəziyyətləri çox ağırdır. Basqını həyata keçirən şəxslər mütləq tutulmalı və cinayət məsulliyətinə cəlb edilməlidir". 

Vəkil bildirib ki, faktla bağlı cinayət təqibi hələ də başlanılmayıb.(Gununsesi)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin