Etibar Məmmədov ittihamlara cavab verdi...

Hazırda oxunan: Etibar Məmmədov ittihamlara cavab verdi...

139603
Vaxtilə AXC-nin üzdə olan funksionerlərindən biri olmuş Ülvi Həkimov 4 iyun qiyamıyla bağlı AMİP lideri Etibar Məmmədovun mətbuata verdiyi açıqlamalara etiraz bildirərək sosial şəbəkədə status paylaşıb.  

O, bildirib ki, Etibar Məmmədov həmin dövrdə cinayətkar dəstələrə dəstək verərək AXC iqtidarının müttəfiqlik təklifini rədd edib.

Etibar Məmmədov isə öz növbəsində Moderator.az-a açıqlamasında bildirib ki, Ülvi Həkimovun dedikləri yalandır:

“Mən nə onun dediklərini oxumuşam, nə də ki, belə bir adamla görüşmüşəm. Deyilənlər həqiqəti əks etdirmir. Bu haqda hər il danışılır, müzakirələr gedir. Mən bu haqda çoxlu açıqlamalarım olub və yenidən bu mövzulara qayıtmaq istəmirəm.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin