Azərbaycanda yüksək vəzifəli şəxs parkda dünyasını dəyişdi...

Hazırda oxunan: Azərbaycanda yüksək vəzifəli şəxs parkda dünyasını dəyişdi...

138549
Azərbaycanda yüksək vəzifəli polis parkda dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ans press-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsində baş inspektor, polis polkovnik-leytenantı Ceyhun Həsənov səhər saatlarında Nərimanov rayonu ərazisindəki Dədə Qorqud parkında idman edərkən qəfildən halı pisləşib. Yerə yıxılan polkovnik-leytenantın başı daşa dəyib və o, dünyasını dəyişib.

Dərhal hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb edilsə də onun öldüyü məlum olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin