Bu il aprelin 19- da barəsində Cinayət Məcəlləsinin 150.3.3 maddəsi ilə cinayət işi açılan Bakı şəhər, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yaşayan İbişov Cəmil Mirzəağa oğlunun dörd aylıq həbs qəti imkan tədbirinin, ev dustaqlığı ilə əvəzlənməsindən sonra, Sabunçu rayon prokurorluğu protest verib.
Moderator.az xəbər verir ki, Bakı Apellyasiya məhkəməsinə verilən protestə bu gün saat 10 ”“ da baxılıb. Məhkəmə prokurorluğun iddiasını təmin edərək, Cəmil İbişovu yenidən həbsxanaya qaytarıb.
Xatırladaq ki, günahsız olduğunu deyən Cəmil İbişov, Daxili İşlər naziri və baş prokurora şikayət etmişdi.
Təqsirləndirilən şəxsin vəkili Gülbala Zamanov müdafiə etdiyi şəxsin həbs edilməsini əsassız sayıb. Vəkil bildirib ki, iş araşdırılmadan, ekspertiza təyin edilmədən belə həbs ”“ qəti imkan tədbirinin seçilməsi yolverilməzdi.

































































































