Elbəy Allahverdiyevə ağır itki - Oğlu faciəli şəkildə dünyasını dəyişdi

Hazırda oxunan: Elbəy Allahverdiyevə ağır itki - Oğlu faciəli şəkildə dünyasını dəyişdi

136377
Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişməsiylə bağlı Moderator.az-a məlumat daxil olub. 

Bildirilir ki, E. Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi maşın vurub və ağır bədən xəsarətləri alan R. Allahverdiyev dünyasını dəyişib. Mərhumun bu gün dəfn olunduğu deyilir.

Xatırladaq ki, əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən Elbəy Allahverdiyev haqqında bir müddət öncə sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda qalmaqallı informasiyalar yayılmışdı. Hətta Azərbaycan Diplomatiya Akademiyasında təhsil alan mərhum Rüfət haqqında da xoşagəlməz fikirlər bildirilirdi və onun məmur övladına xas olmayan dəbdəbəli həyat tərzi keçirdiyi qabardılırdı...

Amma indi bu xəbərləri tirajlayanlar yəqin ki, Rüfətin faciəli həyatını görüb gec də olsa peşmançılıq hissi keçirəcəklər və onu dilə-dişə saldıqlarına görə özlərini qınayacaqlar.

Moderator.az Elbəy Allahverdiyevə oğlunun faciəli şəklidə dünyasını dəyişməsi münasibətilə başsağlığı verir və övladına Allahdan rəhmət diləyir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin