ABŞ-ın Milvakuee şəhərində iki yaşlı körpə uşaq anasının qatili olub. Gənc qadının atası Andre Price qızının hadisə zamanı təhlükəsizlik işçisi olan ərinin avtomobilini sürdüyünü deyib. Milvakuee polisi də Patrice Price adlı qadının sükan arxasında olarkən kürəyindən bir güllə ilə vurulduğunu söyləyib.
Patricenin bir yaşlı digər oğlu və anasının da maşında olduğu deyilir. ABŞ-da bundan əvvəl də oxşar hadisə olub. Jamie Gilt adlı qadın səhlənkarlıq edərək silahı arxa oturacağın üzərinə qoymuşdu və balaca uşaq da anasına silahla xəsarət yetirmişdi.

































































































