Bir müddətdir ki, Moderator.az təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert, ölkənin ən peşəkar çekistlərindən olmuş yüksək çinli keçmiş MTN zabiti İlham İsmayılın qələmə aldığı, amma hələ çap olunmayan kitabının təqdimatına başlayıb. Kitabın növbəti bölümündə AVP sədri, millət vəkili Fəzail Ağamalı və Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyev haqqında da maraqlı məqamlar yer alıb. "Zirehli maşınları alanlara Fəzail Ağamalı və Fəhmin Hacıyev rəhbərlik etmişdi" başlıqlı həmin bölümü bu linkdən oxumaq olar---moderator.az/news/133327.html
Fəhmin Hacıyevsə Moderator.az-a açıqlamasında İlham İsmayılın kitabında yer alan məqamların hamısının həqiqəti əks etdirdiyini bildirdi:
"İlham bəyin dedikləri tam doğrudur. Bəli, Fəzail Agamalı AXC fəalı idi və o vaxtlar həqiqətən də cəsarətli addımlar atırdı. Qeyd edim ki, 20 yanvar faciəsindən dərhal sonra radio vasitəsi ilə Azərbaycan xalqına və sovet olrdusunda olan əsgər və zabitlərə müraciət etdim. Müraciətin mətninin hazırlanmasına Nəcəf Nəcəfov və Qənimət Zahid rəhbərlik etmişdilər. Müraciət AXC Hərbi Komissiyasının adından idi. Radiodakı müraciətimdən sonra məni həbs etdilər. Lefortova həbsxanasında mənə ilk verilən ittihamlar içində Xanlardaki bu olay, Qubadlıda rus zabitlərini tərkisilah etmək cəhdimiz, Rus ordusuna əsgər göndərilməsinə mane olmaq və buna bənzər ittihamlar var idi. İstintaqada məndən İlham bəy barədə soruşuldu və mən tanımadığımı dedim".

































































































