Bakıda civə alverində təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Hazırda oxunan: Bakıda civə alverində təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

133386
Apellyasiya Məhkəməsində civə alverində təqsirləndirilən Barat Şirinovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
 
APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası mayın 6-na təyin edilib.
 
Qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayon sakini Barat Şirinov 5 kiloqram 130 qram ağ civəni satarkən tutulub. O, Cinayət Məcəlləsinin 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi) maddəsinə əsasən ittiham edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Şirinov 5 il müddətinə azadlıqdan məhrum edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin