AZAL, yoxsa AZAR?

Hazırda oxunan: AZAL, yoxsa AZAR?

131276
Naxçıvan-Bakı reysi ilə uçan sərnişinlər AZAL-ın yarıtmaz xidməti ilə bağlı Moderator.az-a şikayət ediblər.

Belə ki, həftəsonu Naxçıvandan Bakıya uçmalı olan sərnişinlər Naxçıvanm hava limanında 2 saat yarım gözləməyə məcbur olublar. Acınacaqlısı odur ki, uçuşun hansı səbəbdən bu qədər yubanması ilə bağlı sərnişinlərə məlumat verilməsi də lazım bilinməyib. Bu isə sərnişinlərin ciddi narazılığına səbəb olub.

Maraqlıdır ki, Moderator.az-ın baş redaktoru da həmin sərnişinlərdən biri olub və şəhid tabor komandirimizin 3 mərasimindən dönərkən Naxçıvanda hava limanında yaşanan gərgin anların həm iştirakçısı, həm də müşahidəçisi olub. Sərnişinlər israrla baş redaktordan üzləşdikləri bu özbaşınalıq barədə lazımi instansiyaların ən azı məlumatlandırılmasını, olayın parlament səviyyəsində yenidən səsləndirilməsinin zəruriliyini vurğulayıblar.

Tanınmış hüquqşünas Ceyhun Yusifov da bu kimi hallarla üzləşən sərnişinlərin AZAL-ın yarıtmaz xidməti ilə bağlı məhkəməyə üz tutmalarının ən doğru seçim olduğunu deyir:

"Azərbaycan Hava Yolları" QSC-nin bu hərəkəti sərnişinin hüquqlarının tam şəkildə pozuılmasıdır. Bununla əlaqədar Aviasya haqqında qanunun və  Mülki Məcələdə daşınma müqaviləsinin normaları bu mübahisəyə tətbiq edilməlidir. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”x9d Azərbaycan Respublikası qanununun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Bununla yanaşı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”x9d Azərbaycan Respublikası qanununun 14-cü maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı, satıcının (icraçının) iş rejimini nəzərə almaqla özü üçün əlverişli olan vaxtda sərbəst  xidmət seçmək hüququna malikdir. İstehlakçıya sərbəst xidmət göstərməkdə hər cür köməklik göstərmək satıcının (icraçının) borcudur. İstehlakçını ona lazım olmayan və ya keyfiyyətsiz  xidmətlər göstərilməsinə məcbur etmək qadağandır. Ona görə də hesab edirəm ki, mütləq qaydada məhkəməyə müraciət edilməlidir".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin