Müğənni Samir Piriyevin dələduzluqda ittiham etdiyi şoumen Kamran Həsənli vəkili Türkel Hüseynovla bərabər dünən keçirdiyi xa0mətbuat konfransında Moderator.az - ın suallarını da cavablandırıb.xa0
- Samir Piriyevə Erhan bəy dediyiniz iş adamı borclu idisə, siz nəyə görə ona maşınınızı verirdiniz və üstəlik bacınız Gülər xanım da ona Türkiyədən 15 min manat göndərirdi? xa0xa0
- İlk öncə bildirim ki, Samir Piriyev nə mənə, nə də Erhan bəyə borc pul verməyib. Samir Piriyev mənim kimi Erhan bəyin şirkətinə şərik olmaq üçün pul verib. Mən Bakıdakı evimi sataraq həmin şirkətə 300 min avro qoyaraq şərik olmuşam. Samirdən yüzdə 15 faizli hissədar olması üçün xa0250 min manat istənilib. Samir həmin məbləğin 115 minini verib, geri qalanını isə ödəyə bilməyib. Ona 25 min də ödəyərək şirkətin 5 faizli hissədarı olmaq təklif edilsə də Samir bununla razılaşmayıb. Pulun geri qalanını ödə bilmədiyinə görə verdiyi 115 mini geri tələb edib. Həmin ərəfədə Samirin verdiyi pul işə yatırıldığına görə onun pulunu qaytara bilməyiblər. Samir dəfələrlə Erhanın yanına gedib pulunu tələb edib və Erhan ona 15 min manat verib. Yəni bu pulu bacım Gülər Türkiyədən ona göndərməyib, 15 mini Erhan Samirin özünə Türkiyədə verib. Daha sonra Erhan bəy məndən xahiş edib ki, Samirin borcunu mən ödəyim və Erhan bəy imkanı olan kimi həmin pulu mənə ödəsin. Və bundan sonra mən Samirə maşınımın açarını vermişəm. Samir də maşını 20 minə satdığını deyib və Erhanın ona ödəyəcəyi borcdan həmin məbləğ silinib.
- Qarşı tərəf iddia edir ki, siz Samir Piriyevə “evimi satıb borcumu ödəyəcəm”x9d demisiniz. Ancaq sonradan bu fikrinizdən daşınmısınız.
- Mən Samir Piriyevə evimi satıb pulunu ödəyəcəyəm deməmişəm. Mənim şəhərin yaxşı yerində, dənizkənarı bulvara yaxın ərazidə mənzilim var. Və hazırda ailəmlə həmin mənzildə yaşayıram. Samirin pulunu istədiyi ərəfədə söhbət yayıldı ki, bizim yaşadığımız bina plana düşüb, söküləcək. Və biz hesabladıq ki, mənzilimə hardasa 500 mindən çox pul veriləcək. Və düşündüm ki, belə olan təqdirdə mən Samirin 80 minini də ödəyərəm və borcu Erhan bəylə öz aramızda həll edərik. Həmin ərəfədə binamıza bitişik olan uşaq xəstəxanasını da başqa yerə köçürtmüşdülər. Ancaq müəyyən səbəblərdən binamızın sökülməsi işi dayandırıldı, o ətrafda bütün binalar söküldü və göydələnlər inşa olundu. Həmin ərazidə yaşayış binası kimi bircə bizim binamız qalıb. Bunu dəqiqləşdirmək qarşı tərəf üçün elə də çətin olmaz yəqin ki.xa0
Digər bir məsələni də qeyd edim ki, Samir bu məsələni ictimailəşdirməmişdən öncə bizim ortaq dostumuz olan İmran Haqverdiyevdən mənə ismarıc göndərmişdi. Demişdi ki, Kamran öz evini mənim adıma keçirsin və mən bundan sonra bu işi açıb-ağartmayacağam. Və istədiyi qədər də həmin evdə yaşaya bilər, lap on il olsa belə. Göründüyü kimi bu işdə bir şantaj əməli var və Samir Piriyev 80 min qarşılığında mənim halal zəhmətlə aldığım evə sahiblənmək istəyir. Samir həmin ərəfədə mənə yalvarırdı ki, boşanmışam, alimenti ödəyə bilmirəm, çöldə qalmışam. İndi mən ailəmlə bərabər çöldə qalmalıyam?!xa0
- Pul yatırıb hissədarı olduğunuz həmin şirkət hansı işlə məşğul idi və Erhan bəy indi Samir Piriyevin borcunu nəyə görə ödəmir?
- BEYPET Turizm Petrol Mamulleri Pazarlama və Tic.A.Ş. adlanan həmin şirkətin Antalyanın Manaqvat əyalətində “Beypet”x9d yanacaqdoldurma məntəqəsi yerləşirdi. Həmin yanacaqdoldurma məntəqəsinin arxasında geniş bir ərazi olduğu üçün orada otel və restoran tikilirdi. Yanacaqdoldurma məntəqəsi yol kənarında yerləşdiyindən bütün aftobuslar, yoldan keçən maşınlar oradan həm də dayanacaq kimi istifadə edirdilər. Orada istirahət məkanını xatırladan böyük bir ərazi salındı. İnsanların gecələmələri, istirahət etmələri məqsədilə otel tikildi. Ancaq elə oldu ki, şirkət banka olan borclarını ödəyə bilmədi və bank şirkətə əl qoydu. Şirkət satılan kimi ilk öncə banka olan borc ödəniləcək, daha sonra isə mənim və eləcə də Samir Piriyevin borcu ödənəcək. Yəni həmin şirkət Samir Piriyev kimi mənə də borcludur, həm də onun verdiyindən qat-qat çox məbləğdə.xa0































































































