Gəncədə "VAZ"lar toqquşub

Hazırda oxunan: Gəncədə "VAZ"lar toqquşub

129354
Moderator.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün səhər saatlarında Gəncə şəhərində Atatürk prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində yol qəzası baş verib.

Şəmkir sakini 22 yaşlı Elfaq Əliyev idarə etdiyi “VAZ 2107”x9d markalı avtomobillə Atatürk prospekti ilə hərəkətdə olarkən Xətai prospektində hərəkət edən Gəncə sakini 57 yaşlı Maarif İsmayılovun sükanı arxasında olduğu "VAZ 2106" markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Qəzadan sonra hər iki avtomobil yararsız hala düşsə də xəsarət alan olmayıb. İlkin ehtimala görə, hadisəyə səbəb sürücülərdən birinin işıqforun "dayan" işarəsinə məhəl qoymaması olub.

Qəzanın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin