Lənkəran rayonunun Xarxatan kəndində dəm qazından ölüm hadisəsi baş verib.
1961-ci il təvəllüdlü kənd sakini Hüseynova Vüsalə Xudaqulu qızı vanna otağında huşsuz vəziyyətdə aşkar olunub.
O, təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həkimlər qadının həyatını xilas edə bilməyiblər.(Report)
































































































