Suriyada davam edən müharibədən qaçıb canını qurtaranlardan yeni bir təəssüfedici xəbər var.xa0
Moderator.az xəbər verir ki, Makedoniya - Yunanıstan sərhədindəki çadır bölgəsində doğum edən Suriyalı ana yeni doğulan körpəsini palçıqlı su ilə yumaq məcburiyyətində qalıb.
Yeni doğulan körpəni yumaq üçün ətrafda bir qab da olsun təmiz su tapılmayıb. Balkan ölkələrinin Avropaya girişin qarşısın almaq məqsədi ilə sərhədlərini bağlaması səbəbindən minlərlə qaçqın ailə Yunanıstan sərhədində ibtidai icma quruluşundakı kimi yaşamağa məcburdur. Çarəsiz qalan Suriyalı qaçqınlar İdomeni bölgəsində bir çadır şəhərciyi yaradıblar. Çadır şəhərciyində yaşamaq şərtləri isə sözlə ifadə edilməyəcək qədər çətindir. Biçarələr davamlı olaraq soyuqla, yağışla və palçıqla mübarizə aparmaq məcburiyyətindədirlər. Yunanıstan - Makedoniya sərhədindəki çadır şəhərciyində Suriyadakı qarşıdurmalardan qaçan 14 min qaçqın var.xa0
İdomeniyə gələn Suriyalı qaçqınlar arasında Almaniyaya gedən bir qatar tapmağı ümid edənlər, Makedoniyaya keçməyi gözləyənlər də var. Hər gün bənzər ümidlərlə Yunanıstana gələn qaçqın sayı isə 2 mini ətrafında dolanır. Beynəlxalq Mühacir Təşkilatının hesablamalarına görə 1 yanvardan bu günə kimi yalnız dəniz yolu ilə Yunanıstana çatan qaçqın sayı 150 minə yaxındır. Amma bu günə qədər yalnız 400 qaçqın Makedoniyaya keçməyi bacarıb. Geri qalanlar isə İdomenidə çadır düşərgəsində qalırlar.

































































































