Nişandan qayıdan ailə yasa düşdü

Hazırda oxunan: Nişandan qayıdan ailə yasa düşdü

126293
Yevlax rayonunda ağır yol qəzası baş verib.xa0

Moderator.az -ın Lent.az-a istinadən məlumatına görə, hadisə gecə saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində baş verib. Belə ki, “Mercedes”x9d markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.xa0

Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzada yaralananlardan ikisi 8-10 yaşlı uşaqlardır.

Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən baş verib.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin