Moderator.az xəbər verir ki, Yunanıstan-Makedoniya arasında, məftillərdən quraşdırılmış çəpərlər arxasında hıçqıraraq ağlayan bir uşağın görünüşü kameralara belə əks olunub.
Əfqanıstandan gələn yüzlərlə qaçqın günlərdir Idomeni sərhədində gözləyir. Bu mənzərənin səbəbi digər bir çox Avropalı ölkə kimi Makedoniyanın da qaçqın keçidində icazə verməməsidir.
İçlərindən bir neçəsi teldən olan çəpərlərin üzərindən adlayıb sərhədin digər tərəfinə keçə bilsə də dərhal sonra təhlükəsizlik gücləri tərəfindən nəzarətə alınıb.
Geridə qalanların isə çarəsiz gözləyişi insanın içini parçalayır. Hələ 4-5 yaşlarındakı gözü yaşlı əfqan qız "Lütfən sərhədi açın!"deyə qışqıraraq göz yaşlarına hakim ola bilmədiyi görünüş isə vicdanları sızladıb.
Elşən Yəhyayev



































































































