Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb

Hazırda oxunan: Gürcüstanda qalmaqal: Azərbaycanlı qız qaçırılıb

122745
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində qız qaçırılması insidentə səbəb olub. Hadisə fevralın 19-da baş verib.xa0

Qaçırılan S.Bayramovanın valideynləri və qohumları hadisə ilə bağlı polisə müraciət edib, cinayət işi qaldırmağı və qızı qaçıranların həbs edilməsini tələb ediblər.

Qaçırılan qızın valideynləri və yaxın qohumları bu gün polisin onların müraciətinə laqeyd yanaşdığını söyləyərək Tiflis-Rustavi magistralını bağlamağa cəhd ediblər. Polisin yol patrul xidməti bu cəhdin qarşısını alıb.

Qaçırılan qızın anası Nailə Qurbanova Gürcüstanın “Rustavi-2”x9d kanalına açıqlamasında övladının yeri barədə polisə məlumat verildiyinə baxmayaraq, hadisə ilə bağlı axtarış aparılmadığını bildirib.

Onun sözlərinə görə, qızı Marneuli rayonuna qaçırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən isə faktla bağlı Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə cinayət işi qaldırıldığı bildirilib.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin