“Türkiyə NATO-dan dəstək alaraq Suriyaya müdaxilə edə bilər”x9d

Hazırda oxunan: “Türkiyə NATO-dan dəstək alaraq Suriyaya müdaxilə edə bilər”x9d

122089
Xəbər verdiyimiz kimi dünən Türkiyənin paytaxtı Ankara şəhərində qanlı terror hadisəsi baş verib. 

Artıq terror aktını törədən şəxsin kimliyi və mənsub olduğu təşkilat da məlum olub. Bu şəx PKK-nın Suriya qanadı olan YPG- üzvüdür. Suriya rejimi verdiyi bəyanatda dəfələtlə bildirib ki, onlar YPG - ni müdafiə edirlər. Terror aktına münasibət bildirən Türkiyənin baş naziri Əhməd Davudoğlunun sözlərinə görə, Türkiyədəki terror aktında 1 nömrəli səbəbkar hazırkı Suriya rejimidir.

Maraqlıdır, Türkiyə hökuməti terror aktını törətməkdə itiham etdiyi Suriya rejiminə qarşı hansısa formada müdaxilə həyata keçirə bilərmi? Beynəlxalq hüquq buna icazə verirmi, müharibə ehtimalı realdırmı? 

Moderator.az-a açıqlama verən politoloq Hikmət Hacızadənin sözlərinə görə, Türkiyə müharibə etmək üçün ilk öncə beynəlxalq güclərdən dəstək almalıdır:

“Türkiyə hökuməti Suriyaya tək girərsə bu onlar üçün çox çətin olacaq. Bildiyimiz kimi Rusiyada artıq oradadır. Türkiyə NATO-dan və beynəlxalq güclərdən dəstək alaraq Suriyaya müdaxilə edə bilər. Müdaxilənin hüquqi tərəfinə gəldikdə isə hazırda dünyada heç bir hüquq qalmayıb, kim güclüdür o da hegemonluq edir.”x9d

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin