Ağdamda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Hazırda oxunan: Ağdamda iki maşın toqquşub, xəsarət alan var - FOTO

121293
Ağdam rayonun Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi bas verib.
 
Ağdam rayon Polis Şöbəsindən Dövlət Yol Polis Bölməsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayon sakini Quliyev Tural Fəqan oğlunun idarə etdiyi 02 BN 569 qeydiyyat nişanlı  VAZ-2106 markalı avtomobil Çingiz Həsənovun idarə etdiyi  02 BO 681 qeydiyyat nişanlı VAZ 21015 markalı avtomobilin yoluna çıxıb və ona çırpılıb.
 
Hadisə nəticəsində VAZ 2106- da olan sərnişin, 5 yaşlı Həsənzadə Məhəmməd Pərviz oğlu xəsarət alıb. Yaralı Ağdam Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, azyaşlı ilkin müayinədən sonra evə göndərilib.
 
Faktla bağlı Ağdam rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin