Həkimlərə spirtli içki içmək və siqaret çəkmək qadağan olundu. Əgər hər hansı həkim və tibbi personal bu qaydaları pozarsa, o şəxs öz peşəsi ilə vidalaşmalı olacaq.
Moderator.az “Xponika Turkmenistan”x9da istinadən xəbər verir ki, belə bir qərarı Türkmənistanın Daşoğuz vilayət rəhbərliyi qəbul edib.
Daşoğuz səhiyyə ocaqlarında çalışanlara spirtli içki içməmək və siqaret çəkməmək barədə öhdəliyə imza atdırıblar. Öhdəliyə əsasən bu qaydaları pozanları işdən çıxmaq təhlükəsi gözləyir.
Vilayət rəhbərliyinin belə bir qərarı qəbul etməsinə zərurət ciddi ixtisaslı həkim və orta tibb mütəxəssislərin çatışmazlığıdır.
Daşoğuz vilayətindən olan həkimlər, əsasən də pediatr və reanimotoloqlar vilayət mərkəzindən 90 km. aralıda yerləşən Keneurgenc şəhərinə gedirlər və 2 həfətəyədək orada qalırlar. Səbəb isə orada həkimlərin olmaması ilə bağlıdır.
Bundan əlavə olaraq həkim çatışmazlığı nəticəsində vilayətdə uşaq ölümü faktı həddən çoxdur.
Qeyd edək ki, Daşoğuz vilayəti Türkmənistanın Özbəkistanla sərhəddində yerləşir və əhalisinin sayına görə ikinci yerdədir. Vilayətin əhalisinin sayı təqribən 1,4 milyon nəfərdir. Burada Xarəzmin paytaxtı Urgəncin qalıqları var. Hansı ki, bu tarixi abidə YUNESKO - nun siyahısına salınaraq qorunur.



































































































