Rusiyada donuz qripindən ölənlərin sayı 50 -ni keçdi...

Hazırda oxunan: Rusiyada donuz qripindən ölənlərin sayı 50 -ni keçdi...

118335
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki,  Rusiya səhiyyə naziri Veronika Skvortsova mətbuata açıqlamsında donuz qripinin ölkənin 47  regionunda yayıldığını və nəticədə 50 nəfərin həyatını itirdiyini bildirib.
Bununla belə o deyib ki, vəziyyət nəzarətdədir. 

Rusiyanın təhsil naziri Dmitriy Livanov isə deyib ki, təkcə Moskva və Peterburqda  donuz qripi səbəbindən 300-dən artıq orta məktəb bağlanıb.
Nazir deyib ki, bu say 320-dək qalxır.”x9dMəktəblər dərslərə fasilə verməkdə sərbəstdirlər. Onlar sadəcə qrip təhlüksəi duyarlarsa, o zaman dərslərə fasilə verə bilərlər”x9d, - nazir qeyd edib.

Rusiya səhiyyə və epidemologiya xidmətləri təşkilatının Moskva bürosu  məlumat yayıb ki, donuz qripinin yayılması səbəbiylə uşaq bağçaları, yetimxanalar və kimsəsizlər evlərində, məktəb və uşaqların çox olduğu yerlərdə növbə tutulacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin