Ermənistan müdafiə nazirindən “Odundağ”x9d təkzibi...

Hazırda oxunan: Ermənistan müdafiə nazirindən “Odundağ”x9d təkzibi...

118145

Ermənistan müdafiə naziri Seyran Ohanyan Azərbaycan informasiya vasitələrində Ermənistan-Azərbaycan sərhədində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmasına dair məlumatları şərh edərək, bunun erməni tərəfi üçün təhlükə təşkil etmədiyini bəyan edib.

“Mövqelərin konturlarında heç bir dəyişiklik baş verməyib. Düşmənin irəliləməsi də müşahidə olunmayıb. Cəbhə arxasında nəzarət məntəqəsini yerləşdirmək irəliləyişə nail olmaq deyil”x9d, - nazir Ohanyan Yerevanda mətbuat konfransında deyib.

Nazirin mətbuat konfransında iştirak edən 3-cü ordu korpusunun komandanı, general Onik Qasparyan Azərbaycan tərəfin nəzarət məntəqəsini yerləşdirdiyi yüksəkliyin heç vaxt erməni tərəfin nəzarəti altında olmadığını və “rəqibə heç bir üstünlük”x9d təmin etmədiyini bildirib.

Image copyrightosti
Image captionAzərbaycan Müdafiə Nazirliyi “Odundağ”x9d yüksəkliyinin nəzarətinə keçməsi xəbərini təsdiqləyib

Daha əvvəl APA agentliyi, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata istinadən, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən “Odundağ”x9d yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi və ətraf erməni ərazilərinin asanlıqla müşahidə edilməsi barədə məlumat yaymışdı.

“Faktı təsdiq edərək bildiririk ki, həqiqətən həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib”x9d, - agentlik MN mətbuat xidmətinə istinadən bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin