9-cu sinif şagirdi müəlliməni döydü... - YENİLƏNİB

Hazırda oxunan: 9-cu sinif şagirdi müəlliməni döydü... - YENİLƏNİB

117156
Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın döyülməsi ilə bağlı yayılan xəbərlərə təhsil müəsisəsindən aydınlıq gətirilib.

Moderator.az xəbər verir ki, 64 nömrəli məktəbin direktoru Rəfael Mehdiyevin ANS-ə verdiyi məlumata görə, məktəbin müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi xəbəri həqiqəti əks etdirmir:

"Xuraman müəllimə ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə olub. Şagirdlə müəllim arasında baş verən anlaşılmazlığı araşdırmağa gələn Badamxanımın anası ilə Xuraman müəllimə arasında da mübahisə yaranıb və onlar bir-birini itələyiblər. 

Daha sonra müəllimə Xətai Rayon Polis İdarəsinə həmin valideynin hərəkətlərindən şikayət edib. Hazırda polis əməkdaşları hadisəni araşdırır".

Direktor həmçinin, valideynin hadisədən sonra məktəbə gələrək baş verən hadisələrə görə Xuramam Quliyevadan üzr istədiyini də əlavə etdi.

Adı qalmaqalda hallanan müəllimə təhsil hissəsinsə ingilis dili ixtisasını tədris edir.


20.01.2016

Bir neçə gün əvvəl Xətai rayonundakı 64 saylı məktəbdə müəllimə işləyən Xuraman Quliyeva döyülüb.

Moderator.az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən virtualaz.org-a bildiriblər ki, müəllimə naməlum şəxs tərəfindən döyülüb.

Onu döyən şəxs başqa müəllimlərin gəldiyini görüb və hadisə yerindən qaçıb.

Faktla bağlı Xətai RPİ-nin 34-cü bölməsində araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin