Bakıda dozadan artıq “Viaqra”x9d qəbul edən oğlan öldü

Hazırda oxunan: Bakıda dozadan artıq “Viaqra”x9d qəbul edən oğlan öldü

116036
Bakının Nərimanov rayonunda yanvar ayının 13-dən 14-nə keçən gecə bədbəxt hadisə nəticəsində gənc oğlan ölüb.

Moderator.az xəbər verir ki, bu barədə haqqin.az-a Nərimanov rayon Polis İdarəsindən bildiriblər.

İlkin məlumata görə, həlak olan şəxs kirayədə yaşayan və tikinti sahəsində işləyən Gəncə sakini 28 yaşlı M.Hüseynovdur.

Hüseynovu kirayə qaldığı evdə ağır vəziyyətdə qonşuların çağırışı ilə gələn təcili tibbi yardım və polislər aşkar ediblər. Amma həkimlər oğlanın həyatını xilas edə bilməyiblər. Onun ölümünə ürəyinin partlamasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinin baxışı zamanı “Viaqra”x9d dərmanının qutusunu aşkar edən kriminalistlər gənc oğlanın ölməmişdən öncə bu həbləri qəbul etdiyini ehtimal ediblər.

Bəzi məlumatlara görə, Hüseynov bədbəxt hadisə zamanı mənzildə tək olmayıb. Onun yanında olan qız qorxudan hadisə yerindən qaçıb. Amma gənc oğlanın vəziyyətinin pisləşməsini qonşulara bildirib. Daha sonra polisə anonim zəng daxil olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin