İtkin düşən qızın qardaşı saxlanıldı.
Tovuz rayonunun Əyyublu kənd sakini, itkin düşən 21 yaşlı Zülfiyyə Məhərrəmovanın öldürülməsi barədə məlumat yayılıb.xa0
Moderator.az xa0xəbər verir ki, Trend-ə daxil olan məlumata görə, Z.Məhərrəmovanın kiçik qardaşı Anar şübhəli şəxs qismində saxlanılaraq Tovuz rayonu Polis Şöbəsinə aparılıb. İlkin ifadəsində qardaşı bacısını öldürərək yaxınlıqdakı qəbirstanlıqda basdırdığını bildirib.
Hazırda qardaşın ifadəsi ilə əlaqədar istintaq tədbirləri davam etdirilir. Kənd sakinləri isə Anarın qətli tək törətmədiyini bildiriblər.
Xatırladaq ki, Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Z.Məhərrəmova dünən itkin düşüb.
17:48
Tovuz rayonunda 21 yaşlı qız yoxa çıxıb.
Moderator.az xa0xəbər verir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1995-ci il təvəllüdlü Məhərrəmova Zülfiyyə Nizami qızı yaşadığı evdən gedib və geri qayıtmayıb.
Bununla bağlı araşdırma aparan hüquq-mühafizə orqanların əməkdaşları Z. Məhərrəmovanın yaşadığı evdə qan izləri aşkar ediblər.xa0
Məlumata görə, ötən gün itkin düşən Z. Məhərrəmova sonuncu dəfə evdə qardaşı 1999-cu il təvəllüdlü Səmədov Anar Nizami oğlu ilə olub.
Hazırda Tovuz rayon Prokurorluğunun əməkdaşlar hadisə yerində araşdırma aparırlar.
































































































