67 yaşlı kişi yanaraq öldü - Faciə

Hazırda oxunan: 67 yaşlı kişi yanaraq öldü - Faciə

112152

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, dekabrın 18-i axşam saatlarında Anar Həmidov küçəsi, ev 25 ünvanında kişi meyiti aşkarlanması barədə təcilli tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə gedən həkim briqadası ev sahibi, 1948-ci il təvəllüdlü Bəkir Şampir oğlu Bəkirovu yanmış meyiti ilə qarşılaşıb. 
 
Hüquq-mühafizə orqanlarından bildirilib ki, ilkin ehtimala əsasən B. Bəkirov huşunu itirməsi səbəbindən yanar qaz sobasının üstünə yıxılıb.  Hadisə baş verən zaman evdə tək  və köməksiz vəziyyətdə olan Bəkir Bəkirov yanıq xəsarətləri alaraq hadisə yerində ölüb. 
 
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin