Su qızdırıcısı partladı - Ana və qızı yaralandı

Hazırda oxunan: Su qızdırıcısı partladı - Ana və qızı yaralandı

112069
Masallı rayonunun Türkoba kəndində su qızdırıcısının partlaması nəticəsində 10 yaşlı Gülnar Dəyanət qızı Hacızadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Moderator.az  report-a istinadən xəbər verir ki, hadisə kənd sakini Şabala Ağaxan oğlu Ağayevə məxsus yaşayış evinin hamamında baş verib.

Su qızdırıcısında yaranan nasazlıq səbəbindən ətrafa qaynar su dağılıb. Uşağın anası övladını yanmaqdan qurtararkən özü də qismən yanıq xəsarəti alıb.

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri termiki xəsarətlər alan qızı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Zəruri tibbi yardımlar göstərildikdən sonra sarğı nahiyəsindən 2-3 dərəcəli yanıq xəsarətləri alan yaralının vəziyyəti qənaətbəxş sayılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin