Səttar Mehbalıyev xəsarət alan neftçilərə baş çəkdi

Hazırda oxunan: Səttar Mehbalıyev xəsarət alan neftçilərə baş çəkdi

110048
Azərbaycan Həmkarlar İttifaqları Konfedarasiyasının rəhbəri, millət vəkili Səttar Mehbalıyev “Günəşli”x9d yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkib.
xa0
xa0
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, S. Mehbalıyev xa0xəstələrin səhhəti ilə maraqlanıb, həkimlərdən məlumat alıb.
xa0
Səttar Mehbalıyev APA-ya açıqlamasında bildirib ki, xəstələrə AHİK tərəfindən yardım göstəriləcək: "Xəstələr əgər sanatoriyalarda dincəlmək istəsələr, biz onlara şərait yaradacağıq. Zərərçəkənlərə və itkin düşənlərin ailələrinə maddi yardım da göstərəcəyik. Yəni, bütün imkanlarımızı səfərbər edib bu insanlara köməklik göstərəcəyik".
xa0
Qeyd edək ki, bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, səhiyyə naziri Oqtay Şirəliyev, SOCAR rəhbərliyi də xəstələrə baş çəkib.
xa0
Xatırladaq ki, xa0qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin