Azərbaycanda icra nümayəndəsi özünü bit dərmanı ilə öldürmək istədi

Hazırda oxunan: Azərbaycanda icra nümayəndəsi özünü bit dərmanı ilə öldürmək istədi

109488
Moderator.az-ın ANS-ə istinadən xəbərinə görə, hadisə bu gün gündüz saatlarında baş verib.

Quba İcra Başçısının Xınalıq İ.Ə.V üzrə nümayəndəsi Füzuli Şərifov güclü zəhərlənmə diaqnozu ilə Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Faktı təsdiq edən Quba rayon mərkəzi xəstəxanasının müalicə işləri üzrə baş həkim müavini Əlyar Sərvərov icra nümayəndəsinin çox ağır və huşsuz vəziyyətdə xəstəxanaya gətirildiyini bildirdi.

Onun sözlərinə görə, reanimasiya şöbəsində bir neçə saat ciddi şəklidə ilkin tibbi yardım göstərilib. Füzuli Şərifov ağır vəziyyətdən çıxarılıb. Bundan sonra o, Bakidan çağırılmış toksikoloqun müşaiyəti ilə Bakidaki 1 nömrəli klinik xəstəxanasının toksikologiya şöbəsinə göndərilib.

Quba xəstəxanasının baş həkim müavini Əlyar Sərvərovun sözlərinə görə, o, niafidol adlanan maye halında olan 1 şüşə bit dərmanını içib. Xınalığın 48 yaşlı nümayəndəsi Füzuli Şərifovun hansı səbəbdən həyatına qəsd etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Qubanın hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin