Siyəzəndə partlayış olub, xəsarət alan var

Hazırda oxunan: Siyəzəndə partlayış olub, xəsarət alan var

108903
Ötən gün axşam saatlarında Siyəzən şəhərində partlayış baş verib.
xa0
APA-nın şimal bürosunun verdiyi məlumata, şəhərin 20 yanvar küçəsi 16 ünvanında yerləşən fərdi yaşayış evinin hamamında qazla işləyən su qızdırıcı çən partlayıb. Nəticədə hamamda olan 1978-ci il təvəllüdlü Siyəzən şəhər sakini Muxtarov Eldəniz Gülbala oğlu ağır yanıq xəsarətləri alıb. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyəti ağır olan yaralıya bədənin 60-65 faizinin 2-3 dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra o, paytaxtda yerləşən müvafiq tibb müəssisəsinə göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin