Gəncə şəhərində VAZ markalı minik avtomobili yanıb.
Moderator.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Kəpəz rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin salon hissəsi yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
































































































