Kaş onlar Xocavəndə uçmayaydılar - FOTO

Hazırda oxunan: Kaş onlar Xocavəndə uçmayaydılar - FOTO

108480
Bir neçə gün öncə xalqımız 20 noyabr şəhidlərinin xatirəsini hüznlə yad elədi. Yenə də həmişəki kimi Azərbaycanın o vaxtkı siyasi hakimiyyətinin əsas fiqurlarından olan bu şəxslərin ruhuna dualar oxundu, onlarla bağlı kövrək xatirələr dilə gətirildi.

Bir daha qeyd edildi ki, həmin vertolyot məhz Xocavənd kəndinin yandırılmasından sonra Ağdama pənah gətirən kənd sakinlərinin qəzəbli tələblərinin emosional təsiri altına düşən dövlət rəsmiləri elə oradaca hər şeyi yerindəcə yoxlamaq üçün yandırılmış Xocavəndə getməklə bağlı qərar verdilər. Bu isə hərbi - siyasi nöqteyi nəzərdən çox kobud səhv idi, çünki artıq münaqişə müharibə fazasına keçmişdi.

O vaxtkı hadisələrin iştirakçısı və müşahidəçisi olan, həmin vaxt Ağdamdakı izdihamın içərisində olub həmin dövlət xadimlərini obrazlı desək, öz gözləriylə son mənzilə yola salanlardan biri də Xocavənd özünümüdafiə dəstəsinin yaradıcısı və komandiri, Xocavənd istiqamətində həyata keçirilən döyüş əməliyyatlarina rəhbərlik etmiş müharibə veteranı, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov olub.

Onun həmin hadisələrlə bağlı xatirələrini öyrənmək üçün Moderator.az - ın əməkdaşı bu günlərdə Xocavənddə olub və çətinliklə də olsa icra başçısından aşağıdakı cümlələri oğurlaya bilib:

“Dağlıq Qarabağda müharibə 88 - ci ildən başlayıb. Amma o vaxtkı ölkə rəhbərliyində olan adamlar bunu ya anlamırdılar, ya da anlamaq istəmirdilər.  Ümummilli lider Heydər Əliyevin SSRİ  rəhbərliyindən istefa verməsi ilə mərkəzdə ermənilərin xeyrinə dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını bəri başdan şərtləndirirdi. 1988-ci il fevral ayından  DQMV ərazisində  müxtəlif separatçı təşkilatlar yaradılmışdı və onların ərazi iddialarının Moskva tərəfindən müdafiə olunması  erməni millətçilərinin daha da azğınlaşmasına şərait yaradırdı. Rəsmi Bakının baş verən separatist meylləri neytrallaşdırmaqda acizlik göstərməsi və ciddi tədbirlər həyata keçirməməsi və ya keçirə bilməməsinin nəticəsi idi ki, Ermənistandan gəlmiş emisarlar və silahlı dəstələr  vəziyyəti daha da gərginləşdirməkdə davam edirdilər. 

Dağlıq Qarabağdakı azərbaycanlılara qarşı təzyiqlərin miqyası isə günü ”“ gündən genişlənirdi. Onlar kütləvi şəkildə işdən çıxarılır, döyülür, təhqir olunurdular. Erməni silahlı dəstələri mütəmadi olaraq azərbaycanlılar yaşayan kəndlərə həmlələr edir, kənd təsərrüfatına ziyan vurur, günahsız insanları qətlə yetirirdilər.
Xocavənd rayonun erməni əhalisinin də bu işlərdə böyük fəallıq göstərdiklərini, düşmənçilik mövqeyindən çıxış etdiklərini hər kəs yaxşı xatırlayır. Xatırladım ki, üzdəniraq Zori Balayanın özü də  Xocavənd (keçmiş Martuni) rayonundandır. Hadisələrin ilk günlərindən ermənilər sanki komanda gözləyirmiş kimi, yekdil və planlaşdırılmış surətdə  fəaliyyətə başlamaqla uzun illər masqalanmış əsil sifətlərini, iç üzlərini açmış oldular.  Dağlıq Qarabağda ilk qətl hadisəsi də məhz onlar tərəfindən, 1988-ci ilin sentyabr ayında törədildi. Xocavənd rayonunun Tuğ kənd orta məktəbində 14 yaşlı Teyyub Süleymanov ermənilər tərəfindən qətlə yetirildi. 

1989-cu ilin ortalarında artıq vilayət respublikanın nəzarətindən çıxmışdı  və erməni yaşayış məntəqələrinə naməlum istiqamətlərdən hər gün vertolyotlar gəlirdi onların nə daşıdığı isə heç kimə məlum deyildi. Çox maraqlıdır ki, belə çətin  və təhlükəli bir vaxtda  DQMV-nin azərbaycanlı əhalisində olan adi ov silahlarını da əllərindən aldılar və demək olar ki, onlar təpədən dırnağadək silahlanmış ermənilərin qarşısında əliyalın vəziyyətdə qaldılar. Bütün bunlara baxmayaraq Dağlıq Qarabağin azərbaycanlı əhalisi öz ata yurdlarını  mərdliklə müdafiə edirdilər.

Müharibə isə davam edirdi... 1990-cı il noyabr ayının 24-də Xocavənd-Xankəndi yolunun 6 km-də 3 nəfər, 1991-ci ilin yanvar və mart aylarında rayonun Qaradağlı kəndindən daha  3 nəfər qətlə yetirildi, 4 nəfər isə ağır yaralandı, iyun ayında isə daha 6 nəfəri  ermənilər  diri - diri yandırmışdılar.  Avqust ayının 2-də    Xocavənd rayonunun Dolanlar kəndində avtomaşının partladılması nəticəsində 3 nəfər dinc sakin  həlak oldu, 8 nəfər yaralandı,7 sentyabrda  isə Tuğ kəndinə silahlı basqını nəticəsində  2 nəfər  qətlə yetirildi.  8 sentyabr 1991-ci il tarixdə Xocavənd ərazisində növbəti qanlı terror hadisəsi  baş verdi, Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunda erməni quldurları tərəfindən atəşə tutuldu, avtobusun içərisində olan 40 nəfərdən 8-i qətlə yetirildi, qalanları isə müxtəlif dərəcəli güllə yaraları aldılar və sonradan onların bir neçəsi də aldiqları yaralardan dünyalarını dəyişdilər. Bu faktları istənilən qədər uzatmaq olar. Bütün bunları  ölkə rəhbərinin nəzərinə çatdırmaq üçün  Xocavənddən böyük bir nümayəndə heyəti  11 sentyabrda o vaxtkı ölkə rəhbərliyinin qəbulunda oldular. Yenə də həmişə olduğu kimi,  yalançı vədlər və biganə münasibət.... 

Artıq kifayət qədər gücə malik olan və törətdikləri cinayətlərə görə cəzasız qalan ermənilər hərbi əməliyyatları genişləndirərək  1991-ci il sentyabr ayının 19-da Ağdərə rayonunun İmarət  Qərvənd kəndini, oktyabrın 30-da Xocavənd rayonunun Tuğ və Salakətin kəndlərini işğal edərək yandırdılar. Noyabr ayının 15-də ermənilər rayonun Zəmzur kəndinə basqın edərək 3-ü milis işçisi olmaqla 8 nəfəri qətlə yetirdilər, 2 nəfər qadını isə girov götürdülər. 
 
1991 ci il sentyabr ayinin 2 ”“də DQMV və keçmiş Şaumyan rayon XDS ”“ləri birlikdə “Dagliq Qarabağ respublikasi”x9dnin yaranmasını elan etdilər və oktyabr ayının əvvəllərində respublika Təşkilat Komitəsi Xankəndini tərk edərək Agdamda yerləşdi.Qarabagda müharibə gedirdi,ermənilər müharibə edirdilər,Bakida isə bunu başa düşmurdülər,yada başa düşüb hələdə nəyisə gözləyirdilər.
 
1991 - ci ilin 19 noyabrında ermənilər Dağlıq Qarabağdakı sovet qoşunlarının köməyilə bizim Xocavənd kəndini işğal etdilər. Bütün evləri yandırdılar, dağıtdılar, neçə adamı qanına qəltan elədilər.  Evləri yandırılmış, bütün əmlakı talan olunmuş kənd sakinləri doğma yurdlarını tərk edərək həmişə olduğu kimi Ağdam şəhərinə pənah gətirdilər. Camaat Bakıda oturanlara qarşı aqressiv çıxışlar edirdilər və ölkə rəhbərliyindən tədbir görülməsini tələb edirdilər. İnsanlar hakimiyyətin bu cür səriştəsizliyindən, biganəliyindən demək olar ki, cana doymuşdular. Axı camaat neynəməliydi, dərdini kimə deməliydi? Nə özləri tədbir görmürdülər, nə də yerli əhaliyə silah paylanılmırdı ki, heç olmasa özlərini müdafiə edə bilsinlər. Təsəvvür edin ki, Dağlıq Qarabağda yerli əhaliyə ilk dəfə avtomat silah yalnız Xocavəndin işgalının  səhərisi günü, yəni  1991 ”“ci il 20 noyabrda verildi və hər kəndə 15 - 20 ədəd “Kalaşnikov”x9d avtomatı silahı paylanıldı. Amma artıq bu vaxt ermənilərin tam silahlanmış silahlı qüvvələri var idi. 

Noyabr ayının 20 - də səhər mərhum Tofiq İsmayılovun başçılığı altında numayəndə heyəti Ağdama gəldi və Ağdam RXDS nin binasının iclas zalında xocavəndlilər və Qarabagın digər bölgələrindən olan sakinlərlə görüş keçirildi. Görüşdə eyni zamanda DQMV ”“nin hüquq mühafizə orqanlarının rəhbərləri və DQMV-nin hərbi komendanti Jinkin də iştirak edirdi. Xocavəndlilər çox qəzəbli çıxışlar etdilər və onları qınadılar ki, niyə bizi yağı düşmənin  qarşısında əliyalın qoymusunuz,tədbir görmürsünüz. Əhalinin dözülməz vəziyyəti, haqlı iradları mərhum Tofiq İsmayılova çox ciddi təsir etmişdi və o, həmin adamları  Dağlıq Qarabağın komendantı  Jinkinə göstərərək, onu məsuliyyətsizlikdə, vəzifə borcunu yerinə yetirməməkdə təqsirləndirdi. General Jinkin  nə isə izah etməyə cəhd edərkən Tofiq İsmayılov onu hətda təhqir edərək kəskin iradını bildirdi  və elə buradaca qərar qəbul etdiki Xocavəndə getməliyik və bu caamatı ora qaytarmalıyam. Xocavənddən olan ağsaqqallar etiraz etdilər ki, “Tofiq müəllim, ora qətiyyən getmək olmaz, getsəniz sizi də vuracaqlar, sizə də rəhm etməyəcəklər”x9d deyə onları fikirlərindən döndərməyə çalışırdılar. Amma qərar qəbul olunmuşdu və numayəndə heyəti oradan bir başa aeroporta gələrək Xocavəndə uçdular və məlum hadisə baş verdi. Ümumiyyətlə  bizim Qaradağlı kəndinə  uçan bütün vertolyotlar məhz bu vertolyotun vurulduğu həmin yerdən Qarakəndin yanından keçirdi və demək olar ki,  ermənilər ordan keçən  bütün vertolyotları atəşə tuturdular, onlar üçün vertolyotda kimin olmasinin fərqi yox idi. Bir daha qeyd edirəm ki, Dağlıq Qarabağda əsl müharibə gedirdi.

Tofiq İsmaılov, İsmət Qayibov,Məhəmməd Əsədov və digər soydaşlarımız hamısı xalqımızın qeyrətli, vətənpərvər və dəyərli oğullari idilər.Onlar Xocavəndə uçmağın nə qədər təhlükəli olduğunu bilsələrdə bu addımı atdilar.Bu addım Vətənə, Millətə və  Dövlətə olan məhəbbət və sevginin təzahürü idi.
Kaş onlar Xocavəndə uçmayaydılar...
Kaş onlar Xocavəndə uçmayaydılar <i style= - FOTO" src="//old.moderator.az/fotobaza/original/10008.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin