Eldar Mahmudov qəzaya düşdü...

Hazırda oxunan: Eldar Mahmudov qəzaya düşdü...

106959
Tovuzda yol nəqliyyat hadisəsi baş verib. İsmayıllı rayon sakini 29 yaşlı Eldar Şahin oğlu Mahmudovun idarə etdiyi "Nissan" markalı minik maşını "Ford" markalı yük maşını ilə toqquşub. Nəticədə "Nissan"ın sürücüsü ağır bədən xəsarətləri alıb.

 Zərərçəkən dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona tibbi yardım göstərilərək Gəncə şəhər xəstəxanalarının birinə göndərilib.
Qəzanın başvermə səbəbləri isə mağazadakı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. Görüntüdən də məlum olur ki, "Ford"un sürücüsü işıqforun qırmızı işığına məhəl qoymadan sürət həddini aşaraq hərəkətinə davam edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.(region.tv)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin