Moderator.az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisinin əməkdaşı, polis serjantı Elvin Mahmudlunun idarə etdiyi "Yamaha" markalı motosiklet aşıb. Xidməti motosikletin aşması nəticəsində 29 yaşlı polis serjantı xəsarət alıb.
O, Daxili İşlər Nazirliyinin Arif Heydərov adına hospitalına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.






























































































