Evi yanan kişi FHN əməkdaşını döydü...

Hazırda oxunan: Evi yanan kişi FHN əməkdaşını döydü...

104946
Qaradağ rayonu Çeyildağ qəsəbəsində baş verən yanğında ev sahibi FHN əməkdaşını döyüb.

Moderator.az  musavat.com-a istinadən xəbər verir ki, 1971-ci il təvəllüdlü Bəxtiyar Sahibovun H.Hacıyev küçəsində yerləşən evinin bir hissəsi yanıb.

B.Sahibov hadisə yerinə gələn FHN əməkdaşı 1981-ci il təvəllüdlü Anar Həşimovu döyüb. Sahibov bu əməlinə əsas kimi FHN əməkdaşlarının hadisə yerinə çox gec gəlməsini əsas gətirib.

İlkin məlumata əsasən, FHN əməkdaşı olan A.Həşimov əl və ayaq nahiyəsindən ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin