Qaraçuxurda kütləvi zəhərlənmə - Sakinlər sudan şübhələnir

Hazırda oxunan: Qaraçuxurda kütləvi zəhərlənmə - Sakinlər sudan şübhələnir

101816
Qaraçuxur qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Moderator.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Cəlal Qurbanov küçəsində yerləşən mənzildə və Zaur Baxışov küçəsində yerləşən yataqxanada baş verib.

Sakinlər zəhərlənmənin sudan baş verdiyini bildirirlər.

Hadisə yerinə "Azərsu"nun və Səhiyyə Nazirliyinin məsul şəxsləri gəlib.

Hadisə yerində olan "Azərsu" sədrinin müavinixa0 Köçərli Həsənov Moderator.az-a açıqlamda araşdırma aparıldığını və hadisənin sudan baş vermədiyini bildirib.

Səhiyyə Nazirliyinin əməkdaşı da Moderator.az-ın hadisə yerində olan müxbirinə deyib ki, sudan zəhərlənmə halı ola bilməz, hazırda zəhərlənmənin nədən baş verdiyi araşdırılır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin