Moderator.az-ın xəbərinə görə, aksiya səfirliyin önünə qara əklil qoymaqla başladı. Bundan sonra polislər müdaxilə etdilər, əklilin qoyulmasına, aksiyanın keçirilməsinə mane olmağa çalışdılar. Elbəyi Cəlaloğlu aksiya iştirakçılarına 2014-cü il 19 oktyabr tarixində Gürcüstan tərəfin “Borçalı”x9d Cəmiyyətinin bəzi üzvlərinə tətbiq etdiyi yasaq qərarı ilə bağlı məlumat verdi və “Borçalı”x9d Cəmiyyətinin fəaliyyətinin buna əsas vermədiyinə aydınlıq gətirən açıqlama verdi. Mövzuyla bağlı professor Telman Əliyev, fəlsəfə doktoru Qiymət Məhərrəmli əhatəli çıxış etdilər. Aksiyadan xəbər tutan səfirlik danışıq üçün Cəmiyyətin bir nəfər nümayəndəsi ilə görüş təklif etdi.
Gürcüstanın Azərbaycandakı səfirinin müavini Sofia Otiaşvili Elbəyi Cəlaloğlunu qəbul etdi və aksiyanın məqsədini açıqlamasını ondan xahiş etdi. Elbəyi Cəlaloğlu “Borçalı”x9d Cəmiyyətinin fəaliyyəti barədə ətraflı danışaraq Gürcüstanın bu yasaq qərarına əsas verən heç bir faktın olmadığını söylədi və Cəmiyyət üzvlərinə və onun sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulmuş bu yasaq qərarının “Borçalı”x9d Cəmiyyətinə, Gürcüstanda yaşayan soydaşlarımıza hörmətsizlik olduğunu dedi, eləcə də bunun demokratik prinsiplərə zidd addım kimi dəyərləndirdiklərini səfirlik nümayəndələrinin nəzərinə çatdırdı. Səfir müavini Sofia Otiaşvili deyilən fikirlərə hörmətlə yanaşdığını və Gürcüstan hökumətini bu məsələylə bağlı dərhal məlumatlandıracağını ifadə etdi.
O, yasaq qərarına əsas verən hər hansı faktın olmayacağı təqdirdə qərarın ləğv ediləcəyinə inandığını söylədi. Görüşün sonunda Cəmiyyət nümayəndəsi aksiyanın qətnaməsini səfirin müavininə təqdim etdi. Aksiya dinc qaydada sona çatdı.




































































































