Evləri daşlamaqla yanaşı, naməlum şəxsin kənddə xırda oğurluqlar törətdiyi də bildirir.
Ayxanım Səfərova - kənd sakini: "Qapımız açıq idi, gördüm ki, kartofları, kompotları oğurlayıblar".
Dadaşbala Aslanov - kənd sakini: "Oğlum həyətdə telefonla danışarkən, topuğuna daş dəyib, ətrafa baxıb ki, heç kim yoxdur. Sonra da qonşuların damlarına daş atmağa başlayıb. Elə bil ki, idmançıdır, səkilərin üstü ilə tullana-tullana gedir. Qara paltarlı, hündürboy bir adamdır. Elə sürətlə qaçır ki, tutmaq olmur".
Telman Aslanov - kənd sakini: "Daşı atıb, gözdən itir. Bir həftə bundan qabaq, səhər tezdən qapını təpikləyib qaçıb".
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib. Quba rayon Polis Şöbəsindən bildirilib ki, qeyd olunan məsələ nəzarətə götürülüb və müvafiq tədbirlər görülür. (Region TV)































































































