Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova ardıcıl ikinci dəfə Avropa çempionu olub.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, 17 yaşlı idman gimnastı Almaniyanın Münxen şəhərində keçirilən Avropa çempionatında döşəmə üzərində sərbəst hərəkətlərə görə hamıdan yaxşı nəticə göstərib.
O, 14.000 nəticə ilə qızıl medal qazanıb. Gümüş və bürünc medalları italiyalılar – Martina Maccio və Ancela Andreoli əldə edib. Cesikanın əkiz bacısı Cenifer Qədirova isə 13.466 nəticə ilə 5-ci olub.
Xatırladaq ki, əkiz bacılar bu Avropa çempionatında Böyük Britaniya millisinin heyətində komanda şəklində gümüş medallara da yiyələniblər.
Bizim.Media
Second consecutive European gold on floor for Jessica Gadirova (GBR) thanks to this wonderful routine!#Munich2022 pic.twitter.com/9M4dIyl2MR
— European Gymnastics (@UEGymnastics) August 14, 2022
Jessica Gadirova wins the floor gold!!!!!#Munich2022 pic.twitter.com/VtXdExby9E
— European Gymnastics (@UEGymnastics) August 14, 2022