Hacı Şahindən Londondakı səfirliyimizə hücumla bağlı SƏRT REAKSİYA – VİDEO  

Hazırda oxunan: Hacı Şahindən Londondakı səfirliyimizə hücumla bağlı SƏRT REAKSİYA – VİDEO  

87043

Azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənli Azərbaycanın Londondakı səfirliyinə edilən hücumu pisləyib.  

Bizim.Media xəbər verir ki, bu barədə Hacı Şahin Həsənli video-müraciətində bildirib.  

"Bir qrup şəxsin Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücum etməsi birbaşa vandalizm aktıdır. Bu kimi davranışların İslamla heç bir əlaqəsi yoxdur. Bu insanlar özlərini İslamın heç bir məzhəbinə aid edə bilməzlər. Bunlar qarşılarına cılız məqsəd qoymuş marginal qruplardır", - deyə Hacı Şahin Həsənli qeyd edib.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın Londondakı səfirliyinə hücum - XİN-dən RƏSMİ AÇIQLAMA


İlahiyyatçı bildirib ki, bu kimi hərəkətlər Azərbaycanın müsbət imicinə zərbə vurmaq məqsədi daşıyır.  

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olan qruplaşma üzvləri Azərbaycan bayrağını binanın qarşısından qaldırıblar.  

Hacı Şahin Həsənlinin video-müraciətini təqdim edirik:  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin