Leonid Brejnevi ağladan Azərbaycanlı müğənni kim idi? - VİDEO

Hazırda oxunan: Leonid Brejnevi ağladan Azərbaycanlı müğənni kim idi? - VİDEO

82634

Nəhəng Sovetlər Birliyinə 18 il rəhbərlik edən Leonid Brejnev çox az insanı sevib, hörmət edib. “Dahi rəhbər”in sonsuz sevgisini qazanan nadir insanlardan biri də SSRİ Xalq artisti, bəstəkar-müğənni Müslüm Maqomayev idi. Böyük sənətkar Brejnevin hər zaman ən yaxınında olub. Hətta ailə tədbirlərində və ad günlərində iki sənətkar dəvət alırdısa onun biri Müslüm Maqomayev olurdu.

Bizim.Media xəbər verir ki, Müslüm Maqomayev bu barədə vaxtilə Ukraynalı jurnalist Dmitri Qordanın verilişində qonaq olarkən danışıb. 

Dahi sənətkar deyib ki, “Brejnev bunu dəfələrlə dilə gətirib ki, “mənim üçün 2 sənətkar var:

Maqomayev və Zıkına”. Brejnev ilk dəfə Bakıya səfər edəndə onun şərəfinə böyük konsert təşkil olunmuşdu. Leonid İliç konserti eşidəndə Heydər Əliyeviçə ilk sualı bu olmuşdu: “Maqomayev olacaq?”. Hətta bir dəfə o mənim ifamı eşidən də göz yaşlarını saxlaya bilməmişdi. Bu məsələ uzun illər danışılırdı”.

Müslüm Maqomayev daha sonra əlavə edib ki, “bir dəfə Berlində bir tədbirdə dünyaca məşhur müğənniilər çıxış edirdi. Mən də dəvət olunmuşdum. “İtaliyalı partizanlar” mahnısını ifa edəcəkdim. Mənim adım elan olunda Brejnev sevincək Əliyevin qulağına pıçıldayır ki, “indi biz başlayırıq”.
 

“Brejnev mənim sənətimi nə qədər çox sevsə də heç zaman bundan şəxsi maraqlarım üçün istifadə etməmişəm. Təbii ki, mənim yerimə kim olsa bundan istifadə edərdi. Amma mən bir dəfə də olsun bu xoş münasibətdən yararlanmağı ağlıma belə gətirməmişəm”- deyə böyük sənətkar fikirlərini tamamlayıb.


Müslüm Maqomayevin Leonid Brejnevlə bağlı hansı xatirələrini danışıb?

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin