Çayların yataqlarında qalaqlanmış tonlarla ZİBİL sel suları ilə Xəzərə axır - VİDEOFAKT

Hazırda oxunan: Çayların yataqlarında qalaqlanmış tonlarla ZİBİL sel suları ilə Xəzərə axır - VİDEOFAKT

76825

Son günlər güclü yağışların yağması çaylarda bol sululuq yaradıb. Bunun illərdir fasilədən sonra yaxşı tərəfi olsa da, bəzi eybəcər məqamları da üzə çıxarıb. 

Güclü yağışların gətirdiyi sel təkcə təbii deyil, həm də ciddi ekoloji fəlakətin də mövcudluğunu üzə çıxarıb. Quraqlıq zamanında çay yataqlarının məişət tullantıları ilə doldurulması indi acınacaqlı mənzərə yaradıb. 
Hazırda Şimal rayonlarının hamısının ərazisindən keçən çaylarda tonlarla zibil tullantıları sel-sularına qarışaraq Xəzərə tökülməkdə davam edir. Bir çox ərazilərdə şəhər kommunal təsərrüfatlarının, istehsal müəssisələrinin də çay yataqlarına tulladığı tullantılar indi sürətlə dənizə doğru üzür. 

Bizim.Media Qusarçayın Xaçmaz rayonu ərazisinə tökülən mənsəbində - Xəzərə qovuşduyu yerdə müşahidə aparıb. Qusar, Quba, Xaçmaz rayonlarından yerli əhalinin çaya tökdüyü müxtəlif məişət tullantıları da sellə birgə dənizə tökülür. Gördüyümüz mənzərə çox utancvericidir. 

Bu ürəkbulandıran mənzərə təkcə Qusarçayda deyil, şimal  rayonlarından keçən Qudyalçay, Vəlvələçay, Çağacuqçay, Gilgilçay, Dəvəçiçay, Ataçay və diğər çaylarımızda da eyni vəziyyətdir.

Səbəb nədir? 

Görünən odur ki, artıq sürətlə inkişaf edən və yeni əmək münasibətlərinin formalaşması nəticəsində çürüməyən tullantıların əmələ gəldiyi bir dövrdə rayon və kənd ərazilərində də məişət tullantıları ilə bağlı xüsusi proqramın işlənməsinə ehtiyac var. Regionlarda məişət tullantılarının emalı zavodlarının tikilməsi, eyni zamanda tullantı mədəniyyətinin formalaşdırılması üçün maarifləndirmə işləri aparılmalıdır. 

Mövzu diqqətimizdədir. Növbəti yazıda rəsmi qurumların məsələyə münasibəti  və təkliflərimiz olacaq.

İndi isə Qusarçayın Xəzərə açılan huissəsindən çəkilən foro və videonu diqqətinizə təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

 


 





 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin