Kürdəmir sakinlərinə ŞAD XƏBƏR: Sərnişin qatarlarının fəaliyyəti bərpa olunur - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmir sakinlərinə ŞAD XƏBƏR: Sərnişin qatarlarının fəaliyyəti bərpa olunur - FOTO/VİDEO

606755

Kürdəmirdə postpandemiya dövründə dayandırılan sərnişin qatarlarının fəaliyyəti yenidən bərpa olunacaq.

Bizim.Media-nın Aran bürosuna Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hazırda stansiyada işlər başa çatmaq üzrədir və yaxın vaxtlarda sərnişin daşıyan qatarların hərəkəti bərpa ediləcək.
 

Qeyd edək ki, bu vəziyyət rayon sakinlərinin də sevincinə səbəb olub. Sakinlərin sözlərinə görə, uzun illərdən sonra qatarların fəaliyyətinin bərpası onlar üçün həm maddi baxımdan, həm də təhlükəsizlik baxımından əlverişli olacaq.


Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq qeyd olunub ki, hazırda Kürdəmir stansiyasında son tamamlama işləri aparılır.

Bildirilib ki, yaxın vaxtlarda işlər yekunlaşdıqdan sonra stansiya müasir standartlara uyğun şəkildə sərnişinlərin istifadəsinə veriləcək.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin