Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

Hazırda oxunan: Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər dəyişib? - VİDEO

603593

Ramazan ayı başa çatsa da, restoranlarda toylara tələbat müşahidə olunmur. Halbuki əvvəlki illərdə Ramazan ərəfəsində və orucluq ayından sonra restoran və şadlıq evlərində toy sifarişləri xeyli artırdı.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, restoran inzibatçıları bildirirlər ki, adətən Ramazan ayından sonra toy bazarında canlanma baş versə də, bu il gözlənilən aktivlik qeydə alınmır.
 

Restoran nümayəndələrinin sözlərinə görə, ötən illə müqayisədə bu il Ramazandan sonra toy bazarında daha az hərəkətlilik müşahidə olunur. Buna baxmayaraq, menyu qiymətlərində dəyişiklik edilməyib.


İnzibatçılar qeyd edirlər ki, sektorda yaranan bu durğunluğun hələ bir müddət davam edəcəyi gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin