Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

Hazırda oxunan: Hikmət Hacıyev: “Azıx mağarasında arxeoloji tədqiqatlar davam etdirilir” – VİDEO

601871

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə yerləşən Azıx mağarası ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial media hesabında etdiyi paylaşımda Azıx mağarasının Qafqazda və ümumilikdə Avrasiya məkanında ən mühüm Paleolit dövrü abidələrindən biri hesab olunduğunu qeyd edib:

"Hazırda burada beynəlxalq və yerli alimlərin iştirakı ilə arxeoloji tədqiqatlar davam etdirilir. Bu araşdırmaların Neandertalların, Homosapienslərin fəaliyyətinə, eləcə də onların bölgədə birgə mövcudluğu və ya paralel şəkildə məskunlaşması ehtimalına dair mühüm elmi məlumatlar ortaya qoyacağı gözlənilir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin