Hörmüzü minalamağa çalışan İran gəmiləri MƏHV EDİLDİ – VİDEO

Hazırda oxunan: Hörmüzü minalamağa çalışan İran gəmiləri MƏHV EDİLDİ – VİDEO

600840

“Son bir neçə saat ərzində mina yerləşdirməyə çalışan 10 qeyri-aktiv qayıq və ya gəmini vuraraq tamamilə məhv etdik. Daha çox gəminin məhv edilməsi gözlənilir”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında bildirib.

ABŞ Mərkəzi komandanlığı isə Hörmüz boğazı yaxınlığında İranın mina yerləşdirməyə cəhd edən 16 katerinin məhv edildiyini açıqlayıb.
 

Daha əvvəl Tramp İrana xəbərdarlıq etmişdi ki, Hörmüzə yerləşdirilən minalar dərhal çıxarılmazsa, İrana qarşı hərbi nəticələr heç vaxt görülməmiş səviyyədə olacaq.


Qeyd edək ki, ABŞ kəşfiyyatı və CBS telekanalının yaydığı son məlumatlara görə, İran silahlı qüvvələri dünyanın ən mühüm neft keçidlərindən biri olan Hörmüz boğazına dəniz minaları döşəmək üçün ciddi hazırlıqlara başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin