Bakıda gül mağazasındakı partlayışla bağlı rəsmi AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Bakıda gül mağazasındakı partlayışla bağlı rəsmi AÇIQLAMA - VİDEO

597773

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində mağazada yanğın baş verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onsəkkizmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən gül mağazasında yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə və mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində ümumi sahəsi 38kv.m. olan mağazanın yanar konstruksiyaları yanıb. Digər obyektlər və mənzillər yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin