Ukrayna pilotsuz uçuş aparatları ötən gecə Tatarıstana hücum edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Hava hücumundan müdafiə qüvvələri gecə saatlarında Tatarıstanın Almetyevsk rayonu üzərində Ukraynaya məxsus PUA-ları zərərsizləşdirib. PUA qalıqlarının Almetyevskdə sənaye zonasına düşməsi nəticəsində yanğın baş verib.
Bəzi Telegram kanallarının məlumatına əsasən, “Transneft — Prikamye” ASC-yə məxsus ən böyük baş neft nasos stansiyası olan “Kaleikino” NNS-də yanğın müşahidə olunur.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə məlumat verilməyib.

Bizim.Media






























































































