Piyadaya yol verməyən sürücü saxlanıldı – VİDEO

Hazırda oxunan: Piyadaya yol verməyən sürücü saxlanıldı – VİDEO

592725

Piyadaya yol verməyən sürücü saxlanılıb.

Bu barədə Bizim.Media-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən yol ayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə bu hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.


Tədbir zamanı yol ayrıcında bu tələbi pozaraq piyadaya yol verməyən sürücü saxlanılıb, onunla profilaktik söhbət aparılaraq qanunvericiliyin tələbi izah olunub.

"Yollarda təhlükəsiz hərəkət hər birimizin fərdi məsuliyyətidir", - DİN-dən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin