İranda, Qəzvin vilayətinin Əbik şəhərində rejim qüvvələri silahsız etirazçılara qarşı güllə ataraq açıq bir cinayət törədiblər.
Bizim.Media xəbər verir ki, etirazçılardan heç biri silahlı olmayıb. Şəhər sakinləri yalnız özlərini və ailələrini qorumaq üçün daş atmaqla etiraz edirlər.
Bu hadisə insan hüquqlarının kobud şəkildə pozulmasının və mülki insanlara qarşı qəsdən ölümcül zorakılığın bariz nümunəsidir. Bu cür davranış rejimin basqıcı, qanunsuz və antiinsani mahiyyətini bir daha ortaya qoyur.
Silahsız və yalnız həyat, təhlükəsizlik və azadlıq tələb edən insanlara qarşı güllə atmaq, güc nümayişi deyil, əksinə hakimiyyətin qorxusunun və əxlaqi çökməsinin növbəti sübutudur.
Bizim.Media






























































































