Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən paytaxt yollarında monitorinqlər keçirilərək zəruri yerlərdə yeni işıqforların quraşdırılması işləri davam etdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Bildirilib ki, piyadaların rahat və təhlükəsiz keçidini təmin etmək üçün növbəti işlər paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində və Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində həyata keçirilib.
Belə ki:
1. Yasamal rayonu, Həsən bəy Zərdabi prospektində iki dirək üzərində yeni düyməli piyada işıqforları quraşdırılıb.
2. Səbail rayonu, Bülbül prospektinin Üzeyir Hacıbəyov və Xaqani küçələri ilə kəsişməsində yeni nəsil LED işıqlandırma ilə təchiz olunan piyada işıqforları quraşdırılaraq istifadəyə verilib.
Mərkəz tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Günün videosu
10:04 / 22.12.2025
Paytaxt yollarında yeni işıqforlar – VİDEO
Hazırda oxunan: Paytaxt yollarında yeni işıqforlar – VİDEO
Hazırda oxunan: Paytaxt yollarında yeni işıqforlar – VİDEO
586771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































